Açıq mənbələrdən foto
Hüquq-müdafiə təşkilatları COVİD-19 ilə mübarizədə elekron izləmə ilə bağlı səkkiz şərt irəli sürüblər
Bakı/ 04.03.20/Turan: 100-dən çox hüquq-müdafiə və vətəndaş cəmiyyəti təşkilatı birgə bəyanat imzalayıblar. Bəyanatda COVID-19 pandemiyası ilə mübarizə üçün elektron izləmə texnologiyalarından istifadə zamanı əməl edilməli olan şərtlər əksini tapıb.
Dünyadakı hökumətlərin COVID-19 pandemiyasına qarşı mübarizədə elektron izləmədən istifadəni sürətlə genişləndirməsilə əlaqədar Amnesty İnternational və digər aparıcı qeyri-hökumət təşkilatları səkkiz belə şərt irəli sürüblər:
1. Hər hansı bir izləmə qanunla müəyyən edilməli, ictimai səhiyyənin qanuni məqsədini həyata keçirməli və bu məqsədlə mütənasib olmalıdır;
2. Genişləndirilmiş elektron izləmə tədbirləri COVİD-19 ilə mübarizə dövrü ilə məhdudlaşdırılmalıdır;
3. Hökumətlər təminat verməlidirlər ki, elektron izləmənin genişləndirilmiş tətbiqi yolu ilə toplanan məlumatlar yalnız COVİD-19 ilə mübarizə məqsədilə istifadə olunur;
4. Hökumətlər toplanmış şəxsi məlumatların qorunmasını təmin etməlidirlər;
5. Hökumətlər zəmanət verməlidirlər ki, böyük məlumatların təhlili texnologiyalarından marginallaşdırılmış əhali qruplarının maraqlarına məhəl qoymaq üçün istifadə edilməyəcək;
6. Hakimiyyətin elektron izləmə texnologiyasından istifadə zamanı üçüncü tərəflərlə əməkdaşlıq halında yazılı şəkildə tərtib edilməlidir. Burada saziş müddətinin məhdudlaşdırılması haqda müddəalar, ictimai nəzarət mexanizmləri və digər hüquqi zəmanətlər yer alacaq.
7. İstənilən cavab tədbirləri hesabatlılıq və sui-istifadədən müdafiə mexanizmlərini əhatə etməlidir.
8. İstənilən cavab tədbirləri müvafiq əlaqədar tərəflərin, əsasən ictimai səhiyyə sahəsində ekspertlərin və marginallaşdırılmış əhali qruplarının iştirakı ilə həyata keçirilməlidir.
“Texnologiyalar COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərdə mühüm rol oynaya bilər. Lakin bu, hökumətlərə elektron izləmənin genişləndirilməsi üçün kart-blanş vermir. Son təcrübə göstərib ki, hökumətlər müvəqqəti olaraq əldə etdikləri izləmə üzrə səlahiyyətlərindən həvəssiz imtina edirlər.
“İctimai səhiyyə sahəsində fövqəladə vəziyyətin həlli üçün elektron izləmənin gücləndirilməsindən yalnız müəyyən ciddi şərtlərə riayət olunmaqla istifadə oluna bilər. Hakimiyyət, sadəcə, şəxsi həyatın toxunulmazlığı hüququna məhəl qoymaya bilməz və istənilən yeni tədbirlərin insan hüquqlarına etibarlı zəmanət verilməsini təmin etməsinə çalışmalıdır. Hökumətlər COVID-19-a qalib gəlmək üçün strategiyanın bir hissəsi kimi texnologiyalardan istifadə edərkən bunu elə etməlidirlər ki, insan hüquqlarına hörmətlə yanaşılsın”, - Amnesty Tech direktor müavini Raşa Abdul Rahim deyib.-0-
-
- Cəmiyyət
- 4 Aprel 2020 17:01
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz