Qadağa səbəbindən Milena Nəbiyeva və dostları ehtiyacı olanlara yardım edə bilməyəcəklər
Bakı/04.04.20/Turan: Koronavirusa qarşı mübarizə məqsədilə aprelin 5-nə keçən gecə evdən çıxmaq qadağan olduğundan Azərbaycanda gün ərzində minlərlə ölkə vətəndaşı gündəlik qazanc imkanlarından məhrum olub. Onların ailələri aclığın astanasındadır. Qadağa bu ailələrə bir neçə vətəndaş fəalı tərəfindən könüllü yardım göstərilməsini də mümkünsüz edib.
Onlardan biri də bakılı rəssam Milena Nəbiyevadır. O, oğlu və qızı həmfikirlərindən ərzaq məhsulları alır, onları evdə qutulara qablaşdırır və malları dezinfeksiyaedici maddə ilə dezinfeksiya edirlər. Evdə çalışırlar. Aprelin 5-nə qədər Milenanın bir qohumunun maşınında ərzaqları - makaron, kərə yağı, qatılaşdırılmış süd, xama - ehtiyacı olanların evlərinə çatdırıblar. Həmin şəxslərin ünvanlarını onun sosial şəbəkədəki dostları bildiriblər.
Gün ərzində şəhərin müxtəlif yerlərində - Günəşli, Əhmədli, Razin, NZS qəsəbələrində 10-15 ailəyə kömək ediblər və axşam saat 10:00-da və qayıdıblar. Aprelin 5-dək 107 qutu aparmaq mümkün olub.
Lakin bu gündən iş dayanıb, çünki polis icazəsiz küçələrə çıxanları 100 manat cərimə edir. “Mən bu pula ərzaq alaram”-, Milena Turan-ın müxbirinə deyib.
DİN avtomatlaşdırılmış sisteminə müraciət Milenanın çox vaxtını aparacaq, bu müddətdə o, bir çox insana kömək edə bilər. “Hər dəqiqə bizim üçün qiymətlidir. Səhər saat doqquzda qalxırıq, qutuları yapışdırırıq və gecəyə qədər ayaqdayıq”.
Bundan əlavə, SMS icazələri iki saat üçün keçərlidir və gündə bir dəfə verilir. İki saat ərzində ən azı iki ailəyə ərzaq qutusu göndərmək olar.
O, bəzi mağazaların ərzağı evə göndərməyə razılıq verməsindən məmnundur. Ancaq 1 kiloqram qarabaşağın qiymətinin 1 manat 59 qəpikdən 1 manat 79 qəpiyədək artırılmasından məyus olub.
Milena əlavə edib: “Kömək edən hər kəsə təşəkkür edirəm. Yoxsullara yardımda iştirak edə bilən, lakin reaksiya verməyənlər də sağ olsunlar. Kömək edənlərin sayının artması üçün bizim qrup haqda məlumatları belə öz səhifələrində yerləşdirmək istəməyiblər”.
2019-cu ilin dekabrında M.Nəbiyeva Azərbaycan rəssamlarının əsərlərindən ibarət xeyriyyə sərgisi təşkil edib. Rəsm satışından əldə olunan bütün vəsait xəstə uşaqların müalicəsinə sərf edilib. Biz bu sərgi haqda yazmışıq:
https://www.turan.az/ext/news/2019/12/free/Culture/ru/85890.htm
M.Nəbiyevanın Facebook adresi:https://www.facebook.com/mina.en.142
-
- Siyasət
- 4 Aprel 2020 17:38
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz