Əli Həsənovdan sonra Vüqar Səfərli də vəzifəsini itirdi
Bakı/04.04.20/Turan: Şənbə günü Azərbaycanın dövlət başçısı İlham Əliyev Vüqar Səfərlinin ölkə prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əhməd Məmməd oğlu İsmayılov bu vəzifəyə təyin edilib.
V.Səfərli ötən ilin payızında prezidentin ictimai- siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən uzaqlaşdırılmış Əli Həsənovun yaxın adamı idi.
Mediaya ayrılan dövlət yardımının, habelə dövlətin hesabına jurnalistlər üçün tikilmiş iki çoxmərtəbəli binada mənzillərin bölüşdürülməsində şəffaflığın olmaması ilə əlaqədar Fondun fəaliyyəti tənqid olunurdu.–06D-
-
- Siyasət
- 4 Aprel 2020 18:49
Siyasət
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
-
Yanvarın 21-də Bakıda Qarabağ separatçılarının cinayət işi üzrə hazırlıq iclası davam edib.
Rəy yaz