Jurnalist sərbəst buraxılıb (YENİLƏNİB)
"Azadlıq" qəzetin müxbiri Təzəxan Mirəmli sərbəst buraxılıb.
Bu barədə Turana Mirələmlinin özü məlumat verib.
Jurnalistin sözlərinə görə, onu Bakı Şəhər Baş Polis İdarəsinə dünən yazdığı statusa görə aparmışdılar. "Axşam polislə bağlı yazdığım statusa görə BŞBPİ-yə aparıldım. İzahat yazdım və iki saat sonra sərbəst buraxıldım. Mənə heç bir təzyiq olmayıb. Statusu silmişəm".
* * *
2020 Aprel 04 (Şəmbə) 18:49:46
Jurnalist polisə aparılıb
BakI/04.04.20/Turan: "Azadlıq" qəzetin jurnalisti Təzəxan Mirələmli evdən polis tərəfindən aparılıb.
Bu barədə Turana məlumat verən Mirələmlinin yaxınları bildirib ki, jurnalist dünən, aprelin 3-də sosial şəbəkədə yazdığı statusa görə Bakı Şəhər Baş Polis İdarəsinə aparıldı. "Bir az olar evimizə polis gəlib atamı Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Aralarında olan söhbətdən başa düşdüm ki, yazdığı statusa görə aparıblar. Başqa bir şey demədilər".
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana bildirdi ki, məsələdən xəbəri yoxdur.
Martın əvvəlində "Azadlıq" qəzetinin müxbiri Təzəxan Mirəmliyə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açıldı.
Ona qarşı cinayət işini özünü videobloqer kimi təqdim edən Ata Abdullayev tərəfindən verilmiş şikayəti əsasında açılıb. -0-
-
- Siyasət
- 4 Aprel 2020 17:38
Siyasət
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
Rəy yaz