İlham Əliyev Horvatiya prezidentini qəbul edib (YENİLƏNİB)
Bazar ertəsi dövlət başçısı İlham Əliyev Bakıya rəsmi səfərə gələn Horvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.
Görüş dövlət başçısının Zaqulbadakı iqamətgahında keçirilib. Danışıqların mövzusu açıqlanmır. Ancaq çox güman ki, Horvatiya Azərbaycandan investisiyada, Azərbaycan qazının alınmasında, ticarət və turizm sahələrində ikitərəfli əlaqələrin inkişafında maraqlıdır.
Azərbaycan artıq qonşu Makedoniya, Serbiya, Bolqarıstan və Yunanıstana ciddi investisiya qoyuluşları həyata keçirir. Odur ki, Horvatiya tərəfinin istəyi tamamilə anlaşılandı.-02D-
2016 Oktyab 23 (Bazar) 20:30:30
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.-0-
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz