
Bakı/18.04.18/Turan: Çərşənbə günü Milli Məclisin binasında dördüncü dəfə dövlət başçısı seçilən İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Mərasimdə rəsmi dövlət nümayəndələri, hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Aprelin 17-də Konstitusiya Məhkəməsinin rəhbəri Fərhad Abdullayev 11 aprel seçkilərinin yekunlarını və İlham Əliyevin qələbəsini təsdiqləyib.
Sonra İ.Əliyev and içib: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam".-02D-
Rəy yaz