
Bakı/18.04.18/Turan: "İraqda olan azərbaycanlıların məsələsi Azərbaycanın İraqdakı səfirliyinin daimi diqqət mərkəzindədir",- Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
İraqın "Al-Sumaria" telekanalı İraqın Mərkəzi Cinayət Məhkəməsinin İŞİD terror təşkilatı ilə bağlılığa görə 3 azərbaycanlı qadının barəsində ölüm hökmü çıxarması barədə xəbər yayıb.
H.Hacıyevin sözlərinə görə, səfrilik istər İraqda olan azərbaycanlı qadınların vətənə gətirilməsi, istərsə də bu yaxınlarda ölüm hökmü çıxarılmış 3 azərbaycanlı qadının məsələsilə məşğuldur.
"Hələlik bu sahədə yeniliklər yoxdur, amma Azərbaycanın İraqdakı səfirliyi məsələlərin həllilə bağlı istər İraq hakimiyyəti, istərsə də ölkənin hüquq-mühaifzə orqanları ilə sıx əlaqədədir və bu əlaqə davam edir", - o vurğulayıb.
2017-ci ilin sonlarında İraqın "İraq-Şam İslam Dövləti" adlı qruplaşmadan təmizlənən ərazilərində azərbaycanlı uşaqlar tapılmışdı, həmin uşaqlardan biri Abdulla Azərbaycana gətirilib. -06D-
Rəy yaz