İlqar Məmmədov deputatlığa namizədliyini irəli sürür
Ağdaş 90-cı seçki dairəsi üzrə iyunun 18-də keçiriləcək təkrar seçkilərdə ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun namizədliyi irəli sürülüb. Onun sənədləri artıq MSK-ya təqdim olunub. Bu barədə Turan agentliyinə hərəkatın icraçı katibi Natiq Cəfərli bildirib.
O, artıq Məmmədovun səlahiyyətli nümayəndəsi kimi sözügedən dairənin seçki komissiyasına dəvət olunub, ona imza vərəqələri verilib.
Lazımi sayda imza toplandıqdan sonra vərəqələr DSK-ya təqdim ediləcək.
Təkrar seçkilər 90-cı seçki dairəsində 1 noyabr 2015-ci il tarixli səsvermənin nəticələrinin ləğv edilməsi ilə əlaqədar keçirilir.
Qeyd edək ki, bu dairə üzrə "Ümid" Partiyasının lideri İqbal Ağazadə də namizəd olmaq istəyini bildirib. -06D-
-
- Siyasət
- 3 May 2016 18:12
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz