Azərbaycan XİN: Qarabağın tanınması ATƏT MQ-ni dəfn edəcək
“Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaqdır”, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mayın 5-də Ermənistan hökumətində Dağlıq Qarabağın etiraf edilməsi haqqında qanun layihəsinin nəzərdə tutulan müzakirəsini şərh edərkən bildirib.
“Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.
Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”, deyə şərhdə qeyd edilir. -02D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz