İran vətəndaşlarından narkotik və avtomat silah götürülüb
Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Cəlilabad rayonunun (Bakıdan 211 kilometr cənub) Cəfərli kəndi ərazisində İran vətəndaşları - əvvəllər məhkum olunmuş Fərhəngi Mərəhmədi və Rəhim Fərəcini, həmçinin rayon sakini Cabir Kazımovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, saxlanma zamanı İran vətəndaşları silahlı müqavimət gəstərməyə cəhd etsələr də polis əməkdaşlarının çevikliyi sayəsində zərərsizləşdiriliblər.
Üzərlərinə baxış zamanı onlara məxsus çantadan 5 kiloqram narkotik vasitə olan heroin, “Kalaşnikov” markalı avtomat və ona aid 28 ədəd patron, içərisində 5 ədəd patron olan “Torun” markalı ov tüfəngi, gecəgörmə cihazı və digər xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı Fərhəngi Mərəhməd və Rəhim Fərəci narkotik maddələri Cabir Kazımova satmaq niyyəti ilə gətirdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır. -03D-
-
- Siyasət
- 3 May 2016 18:12
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz