İnsanlar həbs olunub, obyektlər cərimələnib
Bakı/23.03.20/Turan: Koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunmuşdur.
Bu barədə Turana Daxili İşlər Nazirliyin mətbuat xidmətinindən məlumat verilib.
Bundan başqa koronavirus infeksiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində fəaliyyət göstərən restoran və kafelərdə saat 15.00-dək müəyyən edilmiş iş rejimini pozan obyektlərin sahibləri cərimələnib. "Respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilmişdir. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunmuş, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilmişdir".
Həmçinin məlumatda bildirilir ki, müəyyən edilmiş məhdudiyyəti pozmaqla Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4 000 avtomobil geri qaytarılmışdır. -0-
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz