Bakı/23.03.20/Turan: Martın 23-də səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində çalışan sahibkarlar etiraz aksiyasını keçiriblər. Onlar mərkəzin bağlanmasını tələb ediblər.
"Sədərək" Ticarət Mərkəzində çalışan sahibkarlardan biri Turana bildirib ki, etirazçılar müştərilər olmadığı halda və hətta dükanlar bağlı olduğu halda onlardan icarə haqqın alınmasıdır. "Mərkəzin rəhbərliyi bizdən icarə haqqını alır. Biz isə pulu ödəyə bilmirik, müştəri yoxdur".
Sahibkar həmçinin bildirib ki, aksiya zamanı sahibkarlar Ticarət Mərkəzin rəhbərliyi ilə görüşüb. "Rəhbərlik bizə martın 15-dən icarə haqqın hesablanmayacağını bildirib. Ticarət Mərkəzi bağlanmayıb və hazırda 70% dükan işləyir". -0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz