Kəlbəcər rayonun təhvil verilməsi noyabrın 25-nə qaldı
Bakı/15.11.20/Turan: Kəlbəcər rayonun tam boşaldılaraq, Azərbaycana təhvil verilməsi noyabrın 25-nə qaldı.
Bu barədə bu gün, noyabrın 15-də keçirdiyi brifinqdə prezidentin köməkçisi Hikmət Hacıyev danışıb. Onun sözlərinə görə, bununla bağlı dünən, noyabrın 14-də Rusiya prezidenti Azərbaycan prezidenti ilə telefon danışığında Ermənistan tərəfinin müraciətini çatdırıb.
Hikmət Hacıyevin sözlərinə görə, bu məsələdə razılıq əldə edilib və o bunu humanizimlə izah elədi:
“Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.
Onun vurğulamasına görə, Ağdam və Laçın rayonu ilə bağlı qarafik dəyişmir – 20 noyabr və 1 dekabr.
“Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qaquni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır”.
Bunu da brifinqdə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsi var: “Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, bu, xarici medianın görüntülərində də əksini tapır. Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərlər, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə tikilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir.”
Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın Ağdamdan çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır.-0-
-
- Siyasət
- 15 Noyabr 2020 12:37
-
- Böyük Şərq
- 15 Noyabr 2020 18:38
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz