Dövlət Departamenti Bürosu P. Aslanovun azad olunmasına çağırıb
Bakı/15.11.20/Turan: ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək məsələri üzrə Bürosu Polad Aslanov da daxil olmaqla Azərbaycanda həbsdə olan jurnalistlərin azad olunmasına çağırıb.
Büronun yaydığı açıqlamada, Aslanovun 2019-cu ilin iyun ayında İrana dini ziyarətin “asanlaşdırılması” ilə bağlı təhlükəsizlik işçilərinin qanunsuz biznesi barədə ifşaedici məqalələr dərc etdikdən sonra həbs olunduğunu bildirilir.
O, özünə qarşı yalan ifadə verməyə məcbur edilib.
Dövlət Departamenti Bürosu bildirib ki, qapalı məhkəmədən sonra prokuror ona 17 il həbs cəzası istəyib, deyə məlumatda daha sonra bildirilir.
Noyabrın 16-da Aslanovun məhkəmədəki son ifadəsinin gözlənilir. Ola bilər hökm də həmin gün elan ediləcək.
Hazırda, Aslanovdan başqa, Azərbaycan həbsxanalarında Azel.tv-nin qurucusu və redaktoru Əfqan Sadıqov, www.xeber44.com dini saytının redaktoru Araz Quliyev, www.kend.info saytının rəhbəri Elçin İsmayıllı, realliq.info saytının rəhbəri İkram Rəhimov, yukselis.info saytın rəhbəri Elçin Məmməd və nia.az redaktoru Bəhruz Əliyev də saxlanılır.
Azərbaycan rəsmiləri jurnalistlərin peşə fəaliyyətlərinə görə təzyiqlərə məruz qaldıqlarını inkar edir və konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olundiğunu söyləyirlər. –06D-
-
- Siyasət
- 15 Noyabr 2020 15:50
Siyasət
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
Rəy yaz