Jean-Baptiste Lemoyne
Lemuan: Fransa Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakına maneə görmür
Bakı/27.01.21/Turan: Fransa şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələri təqdim edə bilər. Bu barədə yanvarın 27-də Bakıda Fransa XİN dövlət katibi Jan-Batist Lemuan jurnalistlərlə söhbətində bildirib. Lemuan işarə edib ki, Bakıya səfəri zamanı Bakı və Parisin qarşılıqlı münasibətlərindəki problemlər aradan qaldırılıb.
Yanvarın 27-də dövlət katibi Fransa şirkətinin Azərbaycan üçün inşa etdiyi iki elektrik qatarının təqdim olunduğu dəmir yolu deposuna baş çəkib və iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Cənubi Qafqazda kommunikasiyaların bərpası üçün dəmir yolları mühüm əhəmiyyət kəsb edib və Fransa ilə Azərbaycan birgə çalışacaqlar.
Parisin Qarabağ nizamlanmasında iştirakına toxunan Lemuan deyib ki, Fransa 10 noyabr üçtərəfli sazişin həyata keçirilməsi üçün səylərini davam etdirəcək.
Xatırladaq ki, ötən gün Lemuan Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşüb. -02D-
Siyasət
-
Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əlikram Xurşidov Şirvan şəhərində, yaşadığı evdə həbs edilib.
-
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Rəy yaz