Leyla Yunus və Xədicə İsmayılova Dövlət Departamentinin siyahısındadır
ABŞ Dövlət Departamenti dünyanın müxtəlif ölkələrində həbsdə olan 20 qadının azadlığa buraxılması məqsədilə kampaniyaya başlayıb. Onların arasında ukraynalı təyyarəçi Nadejda Savçenko, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Xədicə İsmayılova və başqaları var.
BMT-nin ABŞ-dakı nümayəndəsi Samanta Pauer həbsdə olan qadınların siyahısını özünün Twitter səhifəsində dərc edib.
Pauerin sözlərinə görə, siyahıya siyasi və digər məhbus qadınlar daxildir.
“Biz sizi unutmadıq, sizin azadlığa buraxılmanız üçün hökumətlərinizə təzyiqləri davam etdirəcəyik”, - S.Pauer vurğulayıb.02D-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz