Bu il Azərbaycanın müdafiə sektorunda itkilərin sayı 50-yə çatıb
2015-ci ilin 8 ayı ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 50 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 21-i döyüş (18-i erməni gülləsi, 3 nəfəri mina partlayışı), 29 nəfəri isə qeyri-döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə əsasən bildirib.
Bundan əlavə, 8 nəfər intihar edib, 8 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 4 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, 2 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 44-ü Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin və 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusudur.
Ötən dövrdə 10 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. 7 hərbi qulluqçu erməni gülləsindən, bir nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu itkilərin sayının reallıqda artıq ola biləcəyini istisna etmir.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ildə Almaniyada ekspert Cəsur Məmmədov (Sümərənli) tərəfindən yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir.–06D—
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz