
Açiq mənbələrdən foto.
Livan polisi aqressiv ermənilərin Azərbaycan səfirliyi qarşısında etiraz aksiyasının qarşısını alıb
Bakı/29.09.23/Turan: Azərbaycanın Livandakı səfirliyi qarşısında Livan ermənilərinin kütləvi etiraz aksiyası keçirilib, xəbəri TASS yayıb.
Aksiya milliyyətçi "Daşnaksutyun" partiyasının yerli filialı tərəfindən təşkil olunub. Aksiya iştirakçılarından bəziləri aqressiv davranıb və diplomatik missiyanın binası istiqamətinə daş atmağa başlayıb. Buna cavab olaraq polis gözyaşardıcı qaz qumbaralarından istifadə edərək, kütləni səfirliyin hasarından uzaqlaşdırıb. --06В--
Rəy yaz