![Mirşahin Ağayev](https://turan.az/resized/media/2018/main/030500008227-750-500-resize.webp)
Mirşahin Ağayev
M.Ağayev REAL TV ilə efirə qayıdır
Bakı/05.03.18/Turan: Martın 5-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
İclasda "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. Bu barədə MTRŞ-nin məlumatında deyilir.
Qeyri-rəsmi məlumatlara görə, bu quruma ANS telekanalının keçmiş vitse-prezidenti Mirşahin Ağayev rəhbərlik edəcək.
Ağayevin özündən şərh almaq mümkün olmayıb, onun telefonuna zəng çatmır.
Qeyd edək ki, hakimiyyət ANS telekanalını 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bağlanıb. Həmin vaxt kanalı terrorizmi dəstəkləməkdə ittiham ediblər.
Qeyri-rəsmi məlumatlara görə, yeni telekanal informasiya telekanalı olacaq, onun maliyyələşdirilməsi və siyasəti tamamilə hökumətin nəzarəti altında olacaq. -02D-
-
- Söz istəyirəm
- 5 Mart 2018 18:22
Siyasət
-
Fevralın 12-də dövlət başçısı İlham Əliyev dünən Bakıya rəsmi səfərə gələn Somali prezidenti Hasan Şeyx Mahmud ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin saytında yer alan məlumatda bildirilir.
-
Fevralın 11-də Çinin CGTN (China Global Television Network) telekanalı Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda verdiyi müsahibəni dərc edib. Azərbaycanın dünya siyasətində rolu və yeri haqqında suala cavabda Əliyev deyib ki, "Azərbaycanın regional sabitliyə verdiyi töhfə" qlobal, beynəlxalq aktorlar tərəfindən qiymətləndirirlir.
-
Fevralın 11-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatçılarının işi üzrə proses davam etdirilib. Prokurorlar ittiham aktının Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlı əhalinin kütləvi qətlləri, Ermənistan və erməni separatçıları tərəfindən törədilən terrorçuluq faktlarına aid hissəsini oxuyublar.
-
Çərşənbə axşamı axşam saatlarında ABŞ prezidenti Donald Tramp Rusiyanın azad etdiyi amerikalı müəllimi Ağ Evdə salamlayıb və jurnalistlərə deyib ki, "sabah daha bir nəfəri azad edəcəklər, sizə onun haqqında məlumat veriləcək", xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Rəy yaz