
Maliyyə Nazirliyi QHT-lərə maliyyə hesabatı verilməməsinə görə cəza nəzərdə tutulduğunu xatırladıb
Maliyyə Nazirliyi QHT-lərə maliyyə hesabatı verilməməsinə görə cəza nəzərdə tutulduğunu xatırladıb
Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə görə, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq təqdim etməli olduqlarını xatırladıb.
Nazirliyin müraciətində qeyd olunur ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Bundan başqa, Maliyyə Nazirliyi QHT-lərdən illik maliyyə hesabatlarının elektron formatda alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlayıb.
Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
Rəy yaz