M.Əliyevin azad edilməsi insan hüquqlarına müsbət yanaşmanın başlanğıcı olacaq � ABŞ səfiri
Bakı/14.09.17/Turan: ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi Azərbaycanda insan hüquqlarına müsbət yanaşmanın başlanğıcı olacağına inandığını bildirib.
O, ABŞ Dövlət Departamentinin Əliyevin həbsindən və azad edilməsindən sonra onun işi ilə bağlı bəyanatlarına diqqət çəkib, bu bəyanatlarda jurnalistin və Turan agentliyinin cinayət təqibinə son qoyulması çağırışı yer alır.
"Mehman Əliyev peşəkar və təcrübəli bir jurnalistdir, biz onun saxlanılması ilə bağlı narahatlğımızı ifadə etmişdik. Biz onun azadlığa buraxılmasını müsbət qiymətləndiririk və inanırıq ki, bu müsbət addım Azərbaycanda demokratiya və insan haqlarına daha müsbət yanaşmanın bir başlanğıcı olacaq", deyə Sekuta "Amerikanın Səsi" radiosunun Azərbaycan xidmətinə müsahibəsində bildirib.
Səfir ABŞ-ın Azərbaycanla uzunmüddətli sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.
"ABŞ Azərbaycanı müstəqil, demokratik, çiçəklənən dövlət kimi görmək istəyir", deyə o bildirib.
Onun sözlərinə görə ABŞ-ın Azərbaycanla əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli olan üç sahəni əhatə edir: iqtisadiyyat, təhlükəsizlik və demokratiya, insan hüquqları və qanunun aliliyi.
ABŞ Senatında Əliyevin və Turan agentliyinin cinayət təqibi ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi haqqında qanunvericilik təşəbbüsü ilə bağlı suala cavabda səfir təsdiq edib ki, Konqresin yüksək palatasında həqiqətən "belə bir təklif irəli sürülüb".
"Keçmişdə də dediyimiz kimi, ABŞ-da qanunverici hakimiyyət icraedici hakimiyyətdən müstəqil şəkildə fəaliyyət göstərir. Bu, prosesin hələ ilkin mərhələsindədir. Layihə təklif olaraq qalır. Bundan başqa hələ bir söz deyə bilmərəm", deyə Sekuta bildirib. -03B06-
-
- Mədəniyyət
- 14 Sentyabr 2017 15:15
-
- Siyasət
- 14 Sentyabr 2017 16:24
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz