Ermənistan, Rusiya və Azərbaycanın xarici işlər nazirləri Zohrab Mnatsakanyan, Sergey Lavrov və Elmar Məmmədyarov. Şəkil: ria.ru
Məmmədyarov: "Danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir"
Bakı/11.11.19/Turan: Azərbaycan və Ermənistan xarici işlər nazirlərin növbəti görüşü dekabrın əvvəlində baş tutacaq.
Bu barədə Turana Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib. Onun sözlərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə səfəri zamanı jutnalistlərə deyib. Lakin görüşün yeri və vaxtı barədə hələ ki, dəqiq məlumat verilməyib.
Abdullayeva həmçinin qeyd etdi ki,
E.Məmmədyarovun vurğulamasına görə, Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Lakin nazirin sözlərinə görə, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var və sənədlər artıq masanın üzərindədir.-0-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz