Milli Şura 2 noyabr mitinqini təxirə salıb (YENİLƏNİB)
Bakı/31.10.19/Turan: Milli Şura 2 noyabr mitinqini təxirə salıb. Bu barədə qurumun sədri Cəmil Həsənlı öz facebook səhifəsində yazıb.
“Dəyərli dostlar! Milli Şuranın rəhbərliyi mənim müraciətimi müzakirə edərək 2 noyabr mitinqinin təxirə salınması barədə qərar qəbul etmişdir. İndiki anda doğru saydığım bu qərara görə MŞ-nın rəhbərliyinə təşəkkür editəm”, - Həsənli qeyd edib.-0-
* * *
2019 Oktyab 31 (Cümə axşamı) 20:34:31
Milli Şura sədri 2 noyabr mitinqini təxirə salmağa çağırıb
Bakı/31.10.19/Turan: Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının sədri Cəmil Həsənli Milli Şura və Xalq Cəbhəsi Partiyası rəhbərliyini 2 noyabr mitinqinin təxirə salınması təklifini təcili müzakirə etməyə çağırıb.
“MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək.
Hazırda Milli Şura 19 oktyabr mitinqi ilə ona nail olub ki, Azərbaycanda sərbəst toplaşma azadlığının olmaması və polis zorakılığı artıq bütün dünyanın gündəminə qayıdıb. Həm vaxt vermək, həm də tələb etmək, məqsədyönlü iş aparmaq lazımdır ki, Avropa Birliyi, ABŞ, Avropa Şurası Azərbaycan hakimiyyətilə beynəlxalq öhdəliklərini yerinə yetirməklə bağlı ciddi danışıqlar aparsın”, deyə Həsənli öz Facebook səhifəsində yazıb. -02D-
-
- Analitika
- 31 Oktyabr 2019 23:02
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz