ATƏT Bakı və Yerevanla jurnalistlərin qarşılıqlı səfərləri haqqında dialoq aparır – Lavrov
Moskva/31.10.19/Turan: Yerevan və Bakının münaqişənin nizamlanması çərçivəsində jurnalistlərin Dağlıq Qarabağa qarşılıqlı səfərləri haqqında danışıqları ATƏT katibliyinin vasitəçiliyi ilə aparılır, dialoqun müsbət nəticələnəcəyi ümidi qalmaqdadır. Bu barədə cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə danışıqlardan sonra bildirib.
RF XİN başçısı xatırladıb ki, apreldə Ermənistan, Azərbaycan və Rusiya XİN başçılarının ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə keçirdikləri görüşdə bir sıra humanitar tədbirlərin “perspektivləri” müzakirə olunub. “O cümlədən, gərginliyi bir qədər azaltmaq və etimadı artırmaq üçün üçün saxlanılan şəxslərin mübadiləsi, həlak olanların cəsədlərinin mübadiləsi və jurnalistlərin qarşılıqlı səfərləri, - deyə o bildirib. – Jurnalistlərlə bağlı, bildiyim qədər..., ATƏT-in katibliyi vasitəsilə dialoq gedir, ümid var”.
“Saxlanılan şəxslərin mübadiləsi ilə bağlı vəziyyətdə nikbinlik daha azdır, amma biz yenə də bu istiqamətdə irəliləmək lazım olduğuna əsaslanırıq”, deyə nazir əlavə edib. -16D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz