Cinsi azlıqlar polisin tərəfdarları rolunda?
Bakı/31.10.19/Turan: Cinsi azlıqları təmsil edən iki ictimai təşkilat – Nəfəs və LGBT Minority cümə axşamı oktyabrın 27-28-də üzvlərinin polisə dəvət olunduğunu bildirib. Onlara pul müqabilində aksiya keçirməyi, polisi dəstəklədiklərini bildirməyi təklif ediblər. Bu barədə bu iki təşkilatın KİV-ə ünvanlanmış bəyanatında deyilir.
Sözügedən təşkilatlar üzvlərinin və tərəfdarlarının “məkrli siyasi oyunlara” cəlb edilməsinin əleyhinə olduqlarını bildirir və onları bu cür tədbirlərdə iştirak etməməyə çağırırlar.
Öz növbəsində, Bakı Şəhər Polis İdarəsi cinsi azlıqlara pul təklif edildiyi barədə iddiaları təkzib edib. Bu dəvətlər vətəndaşların şikayətləri ilə bağlı olub. Dəvət olunan şəxslərlə profilaktik söhbətlər aparılıb, deyə polisin məlumatında qeyd edilir. -16D-
-
- Siyasət
- 31 Oktyabr 2019 17:26
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz