Bakı.20.05.19/Turan: "Şərq tərəfdaşlığı" proqramının 10 illik yubileyi münasibəti ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi (Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri və Aİ-nın layihələri ilə birlikdə) 21-22 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Mingəçevir şəhərinə səfər edəcək və"Mingəçevirdə Aİ Günləri" adlı növbəti tədbiri təşkil edəcəkdir.Aİ-nın fəaliyyətləri barədə maariflənmə səviyyəsini artırmaq məqsədi daşıyan bu tədbir çərçivəsində əsas diqqət Azərbaycanda həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən layihələrə yönəldiləcək.
Mingəçevir və qonşu rayonların sakinlərini 21 may tarixində (saat 16:00-19:00)Mingəçevirdə yerləşən Səməd Vurğun meydanında (açıq havada) keçiriləcək möhtəşəm "EU4YOU" tədbirinə qatılmağa dəvət edirik. "EU4YOU" tədbiri regionda və ətraf ərazilərdə Aİ-nın fəaliyyətləri barədə ətraflı məlumat almaq istəyən hər kəs üçün açıqdır. Layihə təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, enerji, "Gənc Avropa səfirləri" təşəbbüsü və s. mövzuları əhatə edəcək. Həmçinin ziyarətçilər Avropa ölkələri, onların mədəniyyət və ənənələri, o cümlədən mətbəxi, təhsili və turizm imkanları barədə məlumat almaq imkanı əldə edəcəklər. "EU4YOU" tədbiri saat 19:30-da Bakının "Meridian" rok qrupunun konserti ilə yekunlaşacaq.
Aİ-nın Nümayəndəliyi "Mingəçevirdə Aİ Günləri" tədbirinin tərkib hissəsi kimi,22 may tarixində Aİ-nın üzv dövlətləri və Aİ-nın maliyyələşdirdiyi layihələr ilə birlikdə, Mingəçevir Dövlət Universiteti, "VET" məktəbi və Mingəçevirdə yerləşən orta məktəblərdə təqdimatlar keçirəcək. Həmçinin Aİ-nın Nümayəndəliyi Mingəçevir Dövlət Universitetində 400-dən artıq kitabtəqdim etməklə "Aİ Kitab guşəsi"ni də açacaq.
"Aİ Günləri" ərzində ölkəyə gələn qonaqlar Mingəçevir şəhərinin rəsmiləri ilə görüşəcək və "Tvinninq" proqramı çərçivəsində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında İcbari tibbi sığorta sistemi,eləcə də Samux rayonunun kəndində "Aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı (SEEDS) layihəsi" çərçivəsində Aİ tərəfindən maliyyələşdirilən iki sahəni ziyarət edəcəklər. Həmçinin proqrama Aİ-nın Azərbaycanda maliyyələşdirdiyi layihələr barədə yerli jurnalistlər üçün mətbuat konfransının keçirilməsi daxildir.
"Mingəçevirdə Aİ Günləri" proqramı haqqında daha ətraflı məlumat üçünAİ Nümayəndəliyinin aşağıdakı "Facebook"səhifəsinə daxil ola bilərsiniz: https://www.facebook.com/EUDelegationtoAzerbaijan/. -0--
-
- İqtisadiyyat
- 20 May 2019 16:33
-
- Cəmiyyət
- 20 May 2019 17:08
Siyasət
-
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən tərtib edildiyi iddia edilən saxta sənəd ətrafında qalmaqal 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində siyasi müdaxilə və manevrlərlə bağlı suallar doğurub.
-
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro şənbə günü Azərbaycanı Yeni Kaledoniya və digər Fransız dənizaşırı ərazilərində vəziyyəti qeyri-sabitləşdirməyə cəhd etməkdə ittiham edib. Sosial media platforması X-də etdiyi açıqlamada Barro bildirib: "Bakı qrupu bir daha Yeni Kaledoniyada milli siyasi həyatımızı qeyri-sabitləşdirməyə çalışıb. Azərbaycanın dənizaşırı ərazilərimizdəki bu mənasız cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır."
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
Rəy yaz