MiQ-29-un pilotu Rəşad Atakişiyevin cəsədi tapılıb
Bakı/20.08.19/Turan: Azərbaycan HHQ-nin iyulun 24-də qəzaya uğramış və sahildən 17 km məsafədə dənizə düşmüş MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin cəsədi tapılıb. Bu barədə Turan-a pilotun qaynatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli axtarış qrupuna istinadla məlumat verib. Onun sözlərinə görə, pilotun cəsədi qoltuğa bağlı şəkildə aşkar edilib.
Ailə üzvləri cəsədi tanımaq üçün dəvət edilib. Amma cəsəd, demək olar ki, tanınmaz halda idi. Bununla belə, bəzi əlamətlərə əsasən pilotun şəxsiyyətini müəyyən etmək mümkün olub.
Yekun nəticəni DNK təhlili təsdiq edəcək.
Göründüyü qədər, pilot katapultasiya etməyib. Bunun səbəbini araşdırma müəyyən etməlidir.
Vida mərasimi sabah Müdafiə Nazirliyinin təlim-məşq mərkəzində keçiriləcək. -21C-
-
- İqtisadiyyat
- 20 Avqust 2019 12:40
-
- Cəmiyyət
- 20 Avqust 2019 13:21
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Rəy yaz