Mosad-a qarşı mübarizə Agentliyinə İsrailli casus rəhbərlik edirdi - İranın sabiq prezidenti
Mosad-a qarşı mübarizə Agentliyinə İsrailli casus rəhbərlik edirdi - İranın sabiq prezidenti
İranda İsrail kəşfiyyatına - Mosad-a qarşı mübarizə üçün xüsusi departament yaradılmışdı, bu departamentə Mosad tərəfindən cəlb edilmiş casus rəhbərlik edirdi. Bu barədə bazar ertəsi, sentyabrın 30-da İranın keçmiş prezidenti Mahmud Əhmədinejad CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, "köstəbək" 2021-ci ildə aşkar edilib.
"İsrail İranın daxilində çətin iş həyata keçirirdi və istənilən məlumatı asanlıqla əldə edə bilərdi, sadəcə olaraq ölkəmizdə bu haqda indiyə qədər danışmırlar", deyə sabiq prezident bildirib.
Bundan başqa, bu departamentin daha 20 əməkdaşı yəhudi dövləti tərəfindən əməkdaşlığa cəlb edilmişdi, deyə Əhmədinejad əlavə edib.
Məhz onlar 2018-ci ildə İranın nüvə arxivinin oğurlanmasına və nüvə üzrə ixtisaslaşan fiziklərin aradan qaldırılmasına şərait yaratmışdılar.
Livanda "peycerlərin hücumundan" sonra İranın İslam İnqilablı Keşikçiləri Korpusunun komandanlığı şəxsi heyətə qarşı hərtərəfli tədqiqat başladaraq, İİKK-nin orta və yüksək rütbəli döyüşçülərinin etibarlılığını yoxlayıb. İİKK sıralarına İsrail casuslarının, o cümlədən İsraildən əmək haqqı alan iranlıların nüfuz etməsi ehtimalı İranı narahat edir.
Fransanın Le Parisien nəşri artıq "Hizbullah" rəhbəri şeyx Həsən Nəsrullahın aradan qaldırılmasını "Hizbullah"ın rəhbərliyində İsrailin agentlərinin iştirakı ilə əlaqələndirib.
-
- Siyasət
- 1 Oktyabr 2024 14:49
-
- İqtisadiyyat
- 1 Oktyabr 2024 15:23
Siyasət
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
-
Yanvarın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının təsisçisi Ərşad İbrahimov hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
-
Yanvarın 22-də Bakı Apellyasiya Məhməkəməsində hakim Emin Əliyevin sədrliyi ilə Toplum TV nəşrinin əməkdaşı Əli Zeynalovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Rəy yaz