Moskvanın Estoniyanın baş nazirini axtarışa vermək qərarı “absurdur” - ABŞ
Birləşmiş Ştatlar çərşənbə günü Rusiyanın Estoniyanın baş naziri Kada Kallası sovet dövründən qalma abidələri dağıdanlar siyahısına salmaq qərarına cavab verib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda TURANa bildirib ki, “Kremlin Estoniya rəsmilərinə qarşı absurd ittihamları Putinin revanşist xarici siyasətinin növbəti göstəricisidir”.
"Bu cür hərəkətlər yeni bir şey deyil. Putinin Ukraynaya qarşı davam edən müharibəsi, suveren Gürcüstan ərazilərinin işğalı və Rusiya sərhədi boyunca NATO müttəfiqlərini təhdid etməsi Putinin təcavüzkar taktikaya əl atdığını və Rusiyanın qonşularının suverenliyinə məhəl qoymadığını nümayiş etdirir", - o bildirib.
Miller əlavə edib ki, ABŞ müttəfiqi Estoniyanı “dəstəkləyir” və baş nazir Kallasın Ukraynanı dəstəkləməsini alqışlayır.
Çərşənbə axşamı Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kadu Kallas, Litvanın mədəniyyət naziri və əvvəlki Latviya parlamentinin üzvlərini "sovet dövrü abidələrinin dağıdılmasına" görə axtarışda olanlar siyahısına daxil edib.
-
- Siyasət
- 14 Fevral 2024 18:07
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz