MSK parlament seçkiləri ilə əlaqədar təqvim planını təsdiqləyib
Bakı/07.12.19/Turan: Dekabrın 7-də Azərbaycan Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar əsas tədbirlərə dair təqvim planını təsdiqləyib.
Təqvim planına əsasən, deputatlığa namizədlərin irəli sürülməsi prosesi prezident sərəncamının rəsmi dərc edildiyi gündən başlayır, yəni dekabrın 6-da başlayıb (prezidentin sərəncamı dekabrın 5-də imzalanıb və dekabrın 6-da rəsmi mətbuatda dərc olunub).
Deputatlığa namizədin qeydiyyata alınması üçün hər iddiaçı öz dairəsrində ən azı 450 seçici imzası toplamalıdır. Sənədlərin qeydiyyata təqdim edilməsinin müddəti səsvermə gününə 30 gün qalmış başa çatır. Eyni zamanda qeydiyyata dair sənədlərə 5 gün ərzində baxılmalıdır.
Yanvarın 17-dən seçkiqabağı təşviqat mərhələsi başlayır və seçkilər bir gün qalmış - 8 fevral saat 8.00-da başa çatacaq.
Fevralın 9-da axşam seçkilərin ilkin nəticələri məlum olacaq, Nəticələr “Seçkilər” avtomatlaşdırılmış sistem vasitəsilə ötürüləcək.
Dairə seçki komissiyaları rəsmi nəticələri ən gec seçkidən sonra iki gün ərzində müəyyən edir.
MSK 20 gün ərzində nəticələri yoxlayır və 48 saat ərzində təsdiq üçün Konstitusiya Məhkəməsinə təqdim edir, o da öz növbəsində 10 gün ərzində nəticələri elan edir.
125 yerlik Milli Məclisə seçkilər majoritar sistem üzrə keçirilir. Ölkə ərazisi 125 birmandatlı seçki dairəsinə bölünüb. -06D-
-
- Cəmiyyət
- 7 Dekabr 2019 21:50
-
- Sual-cavab
- 8 Dekabr 2019 19:25
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz