![Baş Prokurorluq vəkil Nemət Kərimlinin cəzalandırılmasına təşəbbüs göstərib](https://turan.az/resized/media/2019/main/120700023571-750-500-resize.webp)
Baş Prokurorluq vəkil Nemət Kərimlinin cəzalandırılmasına təşəbbüs göstərib
Bakı/07.12.19/Turan: Azərbaycan Baş Prokurorluğu Vəkillər Kollegiyasına bu qurumun üzvü Nemət Kərimlidən şikayət edib. Bu barədə hüquqşünasın özü məlumat verib.
N.Kərimlinin sözlərinə görə, Vəkillər Kollegiyasının İntizam Komissiyasından ona telefon ediblər və Baş Prokurorluqdan barəsində şikayət daxil olduğunu bildiriblər.
Vəkilə şikayətin detallarını açıqlamayıblar, ancaq deyiblər ki, bu, onun sosial şəbəkələrdə “Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlıdır.
N.Kərimli qeyd edib ki, bu ilin oktyabrında müxalifətçi siyasətçi T.Yaqublunun inzibati həbs zamanı işgəncəyə məruz qalması faktlarını açıqlayıb.
N.Kərimli hesab edir ki, bir vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.
N.Kərimli hesab edir ki, onun barəsində şikayət müstəqil vəkillərə təzyiq kampaniyasının davamıdır.
N.Kərimli hüquq-müdafiə sahəsində ixtisaslaşmış vəkil kimi tanınır. O, siyasi məhbus kimi tanınan bir çox şəxsi müdafiə edib. Hazırda tanınmış araşdırmaçı- jurnalist Əfqan Muxtarlının vəkilidir.
Vəkillər Kollegiyasından və Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb. -06B-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 294
Rəy yaz