![ARXIV](https://turan.az/resized/media/2019/main/120700023569-750-500-resize.webp)
ARXIV
Müsavat Partiyası seçkilərdə iştirak qərarı verdi
Bakı/07.12.19/Turan: Müsavat Partiyasının Ali Məclisi bu gün, dekabrın 7-də gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək haqqında qərar qəbul edib. Bu barədə partiyanın başqanı Arif Hacılı bildirib.
“Uzün müzakirələr oldu, müzakirələrin nətisəində indiki ictimai-siyasi şəraitdə seçkilərdə iştirakın Azərbaycan cəmiyyətinin maraqlarına daha uyğun olduğu qənaətinə gəlindi və mütləq əksəriyyətin səs çoxluğu ilə iştirak etmək barədə qərar qəbul olundu” deyə partiya başqanı vurğulayıb.
Müxalifət qüvvələrindən ReAL Partiyası da növbədənkənar parlament seçkilərinə qatılacağını açıqlayıb.
Amma Milli Şura bununla bağlı qəti qərarını bildirməyib.
Qurumdan bu günlər verilən bəyanatda vurğulanıb ki, seçkilərin azad və ədalətli keçirilməsindən ötrü minimum şərtlər yerinə yetirilərsə onlar da prosesə qatıla bilərlər. Bunlara seçki komissiyalarının yenidən formalaşması, qeydiyyat mərhələsində maneələrin yaradılmaması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və başqa şərtlər daxildir.
Amma, hələlik, hakimiyyətdən bu şərtlərə hər hansı müsbət münasibət bildirilməyib. Rəsmilər hesab edirlər ki, hazırkı şəraitdə də azad və ədalətli seçkilər keçirilə bilər.-0-
-
- Sual-cavab
- 7 Dekabr 2019 18:08
-
- Cəmiyyət
- 7 Dekabr 2019 21:50
Siyasət
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
-
Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 245
Rəy yaz