Müsavat Partiyasının rayon təşkilatının yığıncağına müdaxilə olub
Bakı/25.03.19/Turan: Martın 24-də Müsavat Partiyasının Kürdəmir təşkilatının ümumi yığıncağına müdaxilə olub.
Müsavat Partiyasının mətbuat xidməti Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlıya istinadən bildirir ki, konfrans keçirilən məkana polis müdaxiləsi olub.
"Rayon təşkilatının ofisi olmadığına görə məcburiyyətdən yerli çayxanaların birində toplantı keçirilib. Tədbirin başlamasından bir az sonra növbəti qurultaya nümayəndələrin namizədliyi verildikdən sonra, çıxışlar başlayar-başlamaz yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin məkana daxil oldular. Onlar bir neçə dəqiqə çıxışları dinlədikdən sonra obyekt sahibi bizə yaxınlaşdı və bildirdi ki, buranı boşaltmalısınız. Müsavatçılar məcbur olaraq məkanı boşaltdılar. Daha sonra iclası açıq havada davam etdirməli olduq", deyə Səxavət Soltanlı bildirib.
"Ölkə başçısının siyasi islahatlara ehtiyac olduğunu bildirməsinə baxmayaraq, Müsavat Partiyasının yerli təşkilatları üçün ofislər təşkil etmək əvəzinə, bizə çayxanalarda belə toplaşmağa imkan verilmir. Bütün olanlara baxmayaraq, açıq havada da olsa, partiya nizamnaməsinə əməl etməklə növbəti qurultaya nümayəndələr seçildi. Ayaq üstdə olsa da, üzvlərimizlə söhbət edib məlumat mübadiləsi etdik, ölkədə və regionda baş verən vacib hadisələr haqqında fikir mübadiləsi apardıq", deyə Səxavət Soltanlı əlavə edib.
Hüquq-mühafizə orqanları Müsavat Partiyasımnın mətbuat xidmətinin məlumatına hələ münasibət bildriməyib. -03B-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz