Elmar Məmmədyarovun Latın Amerikası turnesi
Bakı/25.03.19/Turan: Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ötən həftə Cənubi Amerika ölkələrinə turne həyata keçirib. O, Çili, Argentina, Uruqvay və Paraqvayda səfərd olub. İkitərəfli görüşlərlə yanaşı, nazir Buenos-Ayresdə BMT-nin yüksək səviyyəli Cənub-Cənub əməkdaşlıq konfransında iştirak edib.
Argentinalı həmkarı Xorxe Fori ilə görüşündə Məmmədyarov deyib ki, inkişaf etməkdə olan ölkələr inkişaf problemləri ilə üzləşirlər, buna görə Cənub-Cənub platforması təcrübə və milli inkişaf strategiyasının müzakirəsinə töhfə verir.
Paraqvaya səfəri çərçivəsində Məmmədyarov bu ölkənin XİN başçısı Alberto Kastiglioni ilə görüş keçirib. Tərəflər "Diplomatik, rəsmi və xidməti pasportları olan şəxslərə qarşı viza tələblərinin qarşılıqlı ləğvi haqqında" saziş imzalayıblar. Eyni zamanda, tərəflər Azərbayca-Paraqvay Ticarət Palatası yaratmaq niyyətlərini dilə gətiriblər.
Azərbaycan XİN başçısı həmkarına Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırki vəziyyəti haqqında məlumat verib. Məmmədyarov Paraqvay Milli Konqresinin Deputatlar Palatasının Xocalı Soyqırımını pisləyən bəyanat qəbul etməsini yüksək qiymətləndirib.
Uruqvaya səfəri zamanı Məmmədyarovun bu ölkənin xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşü keçirilib.
Məmmədyarov qeyd edib ki, ötən il Azərbaycan Uruqvaya ən böyük neft ixracçıları beşliyinə daxil olub, bu da ikitərəfli ticarət münasibətlərinin inkişafının yaxşı nümunəsi olub. Nin Novoa qeyd edib ki, ölkəsi gələcəkdə Azərbaycanla münasibətləri daha da dərinləşdirmək niyyətindədir.
Məmmədyarov Uruqvayın vitse-prezidenti, ölkənin Senat sədri Lusiya Topolanski ilə, daha sonra isə Uruqvayın Nümayəndələr Palatasının sədri Sesiliya Bottino ilə də görüşüb.
Məmmədyarov həmsöhbətlərinə Qarabağ münaqişəsi haqqında məlumat verərək, müxtəlif ölkələrdə erməni icmalarının təxribat fəaliyyətinin münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərdiyini qeyd edib.
Uruqvay parlamentinin rəhbər və vəzifəli şəxsləri qeyd ediblər ki, münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdırlar.
Çiliyə səfəri çərçivəsində Məmmədyarov bu ölkənin XİN başçısı və Milli Konqres üzvləri ilə danışıqlar aparıb. Məmmədyarov Çilinin Deputatlar Palatasına Azərbaycanın Qarabağ münaqişəsi üzrə ədalətli mövqeyinə verdikləri dəstəyə, xüsusən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarına görə minnətdarlıq edib.
Qeyd edək ki, Məmmədyarovun Latın Amerikası ölkələrinə turnesi açıq-aşkar bu regionda Ermənistan-Azərbaycan münaqişəsində öz ölkələrinin siyasətinə təsir etməyə çalışan güclü erməni diasporalarının təsirini minimuma endirmək məqsədi daşıyırdı. -06D-
-
- Siyasət
- 25 Mart 2019 12:13
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz