Tramp Türkmənistanı Novruz bayramı münasibətilə təbrik edib, ancaq Azərbaycanı unudub
Bakı/25.03.19/Turan: ABŞ prezidenti Donald Tramp hesab edir ki, Türkmənistan Xəzər dənizinin yeni hüquqi statusundan istifadə edərək öz qazını Avropa üçün ixrac edə bilər. Bu barədə Tramp Novruz bayramı münasibətilə Türkmənistan prezidentinə təbrikində yazıb, "Neytral Türkmənistan" məlumat yayıb.
"Amerika Birləşmiş Ştatları xalqı və onun işgüzar dairələri bizim Türkmənistanla iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsi üçün yeni istiqamətlərin axtaşırını davam etdirirlər. Ümid edirəm ki, Türkmənistan bu yaxınlarda müəyyən edilmiş Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar Qərbə qaz ixracı imkanlarından istifadə edə bilər", - Trampın təbkikində deyilir.
Bundan öncə Tramp Qazaxıstan prezidentini işə başlaması münasibətilə təbrik edib. Onun ünvanına göndərdiyi teleqramda səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.
Lakin ABŞ prezidenti Novruz bayramı münasibətilə Azərbaycan rəhbərliyinə təbrik göndərməyib.02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz