Veterenlar üçün prezident təqaüdü təsis edilir
Dövlət başçısının 2019-cu il 25 fevral tarixli sərəncamı ilə müharibə veteranları üçün prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin martın 25-də yaydığı məlumatda deyilir.
"Sərəncama uyğun olaraq aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq", -məlumatda deyilir. Bu da 80 min müharibə veteranına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırılması deməkdir. Bu məqsədlə hər il dövlət büdcəsindən 80 milyon manat ayrılacaq. -06D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz