Müsavat rəhbərləri paytaxt polisinə çağırılıblar
Bakı/09.11.19/Turan: Son üç gün ərzində Müsavat Partiyasının 40-dan çox rəhbəri və fəalı polis orqanlarına çağırılıb. Bu barədə Turan-a Müsavat-ın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.
Onun sözlərinə görə, çağırışlar Partiyanın noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında təyin etdiyi aksiya ilə bağlıdır. Dəvət olunanlardan aksiyada iştirak edib-etməyəcəklərini soruşurlar.
"Hələlik saxlanılan yoxdur, amma təzyiq davam edir", deyə Hacıbəyli bildirib.
Şənbə günü Müsavat Partiyasının sədr müavinləri Səxavət Soltanlı, Fərəc Kərimov və Razim Əmiraslanlı, habelə partiyanın aparat rəhbəri Gülağa Aslanlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat-ın noyabrın 10-na təyin etdiyi mitinqin şəhərin hüdudları daxilində keçirilməsinə razılıq verməkdən imtina edib və aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib.
Partiya mitinqi ləğv edib və piketi noyabrın 12-nə Şəhər Administrasiyasının binası qarşısında təyin edib. Amma İcra Hakimiyyəti bu piketə razılıq verməkdən imtina edib. Buna baxmayaraq, Müsavat rəhbərliyi şəhər administrasiyası qarşısında aksiya keçirəcək.-06D-
-
- Siyasət
- 9 Noyabr 2019 11:25
-
- Sual-cavab
- 9 Noyabr 2019 12:58
Siyasət
-
ATƏT-in Minsk Qrupu və onunla bağlı institutlar ləğv edilməlidir, bu barədə cümə günü keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
Rəy yaz