Oktyabrın 8-də Milli Şuranın Bakının mərkəzində icazəli piketi. BBC
Müsavatçılar kütləvi şəkildə polisə çağırılır (YENİLƏNİB)
Müsavat Partiyasının sədr müavini Səxavət Soltanlı, mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli, habelə fəallar Rəhim Yaqublu, Əlikram Xurşudov, Namiq Niftiyev, Sabit Hacıyev, Niyaz Nəsir, Dilşad Nağıyeva, Zakir İsmayıl və Saday Hacılı müxtəlif ərazi polis orqanlarına çağırılıblar. -0-
* * *
2019 Noyabr 08 (Cümə) 13:31:03
Müsavatçılar kütləvi şəkildə polisə çağırılır
Bakı/08.11.19/Turan: Müsavat Partiyası fəallarının kütləvi şəkildə polis orqanlarına çağırıldığını bildirir. Belə ki, bu gün partiyanın aparat rəhbəri Gülağa Aslanlı Binəqədi Rayon Polis İdarəsinə çağırılıb.
Müsavat Partiyasının Nizami Rayon Təşkilatının sədri Zakir Məmmədzadə bu rayonun polis idarəsinə çağırılıb.
Bundan başqa, son iki gündə ən az beş partiya üzvü Gəncə, Sabirabad, Salyan polis orqanlarına çağırılıb.
Fəallar nəzərdə tutulan etiraz aksiyaları haqqında sorğu-sual edilib və onlara razılaşdırılmamış mitinqlərdə iştirakın yolverilməz olduğu barədə xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat-ın noyabrın 10-na təyin edilmiş mitinqinə şəhər hüdudları daxilində icazə verməyib və aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib.
Partiya mitinqi ləğv edib və piketi noyabrın 12-nə şəhər administrasiyasının binası qarşısında təyin edib.
Amma İcra Hakimiyyəti bu mitinqə icazə verməkdən imtina edib. Müsavat rəhbərliyi bildirib ki, buna baxmayaraq, şəhər administrasiyası qarşısında aksiyanı keçirəcək. -06D-
-
- Maliyyə
- 8 Noyabr 2019 13:32
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz