Müxalifət bazar günü mitinqi MSK-nın qarşısında keçirməyi qərara alıb
Bakı/15.02.20/Turan: Bazar günü müxalifətin etiraz aksiyası saat 15:00-dan 16:00-dək MSK-nın binası qarşısında keçiriləcək.
Bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) rəhbəri İlqar Məmmədov Facebook səhifəsində yazıb.
O qeyd edib ki, hakimiyyətin təklif etdiyi kimi, mitinqin Lökbatanda stadionda keçirilməsində bir qəbahət yoxdur.
“Bəlkə başqa bir şəraitdə bunu edərdik, amma 16 fevralda dinc etiraz mitinqimiz MSK-nın qarşısında olacaq. Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşma haqqımızı bu bir neçə gündə kobudcasına pozub. Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi fevralın 16-da saat 15:00-dan 16:00-dək MSK-nın qarşısındakı ərazidə keçirəcəyik”, - İ.Məmmədov yazıb.
O qeyd edib ki, aksiya ilə bağlı şəhər administrasiyasına müvafiq xəbərdarlıq göndərilib.
Bu məlumatı Müsavat Partiyası sədrinin müavini Fərəc Kərimli də təsdiqləyib.
Fevralın 11-də REAL, Müsavat partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər Fərhad Mehdiyev və Günel Səfərli seçkilərin saxtalaşdırılmasına etiraz olaraq fevralın 16-da “28 may” metro stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə bildiriş ilə şəhər meriyasına müraciət ediblər.
Lakin hakimiyyət aksiyanı Lökbatanda keçirməyi təklif edib.
Fevralın 13-də təşkilatçılar növbəti müraciəti göndəriblər. Lakin bu dəfə də meriya Lökbatanı təklif edib.
Fevralın 14-də təşkilatçılar paytaxtın Polis İdarəsinə çağırılıblar və onlara xəbərdarlıq edilib ki, başqa yerdə keçiriləcək mitinqin qarşısı alınacaq. –0ВВ-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz