Müxalifət mitinqinin iştirakçıları korrupsiyanı qınadılar
Bakı/07.10.17/Turan: Müxalifətin "Korrupsiyaya son, siyasi məhbuslara azadlıq!" şüarı ilə keçirilən mitinqi başa çatıb.
Aksiyada çıxış edən AXCP lideri Əli Kərimli bildirib ki, hakimiyyət hər vəchlə müxalifətin mitinqlərini pozmağa çalışır. Onun sözlərinə görə, son həftələr 200-ə yaxın fəal saxlanılıb, polisə çağırılıb. 16 nəfər inzibati həbsə məruz qalıb.
Ə.Kərlimi hesab edir ki, hakimiyyət mitinqin təşkilatçılarını həbs edə bilər, ancaq o, xalqın gücü qarşısında acizdir və kütləvi aksiyaların qarşısını ala bilməyəcək.
O, beynəlxalq səviyyədə tənqid obyektinə çevrilmiş hakimiyyəti korrupsiyaya görə tənqid edib.
"Biz beynəlxalq birlikdən Azərbaycandan 3 mlrd. dolların yuyulması ilə bağlı qalmaqalın sonadək araşdırılmasını və günahkarların cəzalandırılmasını gözləyirik",- Ə.Kərimli vurğulayıb.
O, Qarabağ probleminin həlli istiqamətində hakimiyyətin siyasətini tənqid edib və bildirib ki, müdafiəyə ayrılan vəsait keyfiyyətsiz silahların alınmasına sərf edilib.
Həmçinin Ə.Kərimli siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.
DQMŞ-nin sədri Cəmil Həsənli Azərbaycanda korrupsiyanın ən yüksək səviyyədə olduğunu bildirərək hakimiyyəti "kleptokratik" adlandırıb.
Onun sözlərinə görə, Azərbaycanı "nazirlər-oliqarxlar hökuməti" idarə edir.
C.Həsənli siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.
C.Həsənlinin çıxışı zamanı stadionda beş dəqiqəyə yaxın elektrik enerjisi verilməyib.
Aksiyanın qətnaməsi oxunarkən "oğurlanmış 2.9 mlrd.-ın" ölkəyə qayrarılmasının tələb olunduğu məqamda elektrik enerjisi yenidən kəsilib.
DQMŞ həmin faktların araşdırılmasını tələb edib və növbəti mitinqi 28 oktyabr saat 15:00-a təyin edib.-03B06--
* * *
2017 Oktyab 07 (Şəmbə) 17:15:12
Müxalifətin mitinqi başlayıb
Bakı/07.10.17/Turan: Saat 15:00-da Yasamal rayonu stadionunda (keçmiş adı "Məhsul") müxalifətin "Korrupsiyaya son, siyasi məhbuslara azadlıq!" şüarı ilə çoxminlik mitinqi başlayıb.
Demokratik Qüvvələrin Milli Şurasının təşkil etdiyi aksiyada digər siyasi partiyaların və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.
Sosial şəbəkələrdə vətəndaşları mitinqə çağırışla bağlı fəal təşviqat aparılıb.
Eyni zamanda hakimiyyət aksiyanın kütləviliyinin qarşısının alınması üçün tədbirlər görüb: həftə içi saxlanmalar, həbslər, polisə çağırışlar, AXCP, ADP, KXCP, "Müsəlman Birliyi" Hərəkatı və s. nümayəndələrinin işdən çıxarılmasına dair məlumatlar daxil olub.
Xatırladaq ki, müxalifət sentyabrın 23-də də analoji şüar ilə mitinq keçirib.
Mitinqdə Azərbaycanın Böyük Britaniyada qeydiyyatda olan şirkətlər vasitəsilə pulları yumasına dair OCCRP beynəlxalq jurnaistika şəbəkəsinin araşdırmasında göstərilən faktların Azərbaycan prokurorluğu tərəfindən araşdırılması tələb olunub.-06B-
-
- Siyasət
- 7 Oktyabr 2017 15:00
-
- Foto sessiyalar
- 7 Oktyabr 2017 19:09
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz