Azərbaycan nümayəndə heyəti AŞPA sessiyasına gedir
Bakı/07.10.17/Turan: Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-də Strasburqa gedəcək.
Nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edir. Heyətə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildir. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.
Oktyabrın 9-13-də keçiriləcək sessiyanın gündəliyində iki məsələ Azərbaycana aiddir.
Oktyabrın 11-də "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabat müzakirə olunacaq. Sənədi AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Prada hazırlayıblar.
Həmin gün daha bir hesabat dinləniləcək: "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə (may-noyabr 2014-cü il) ölkədə insan hüquqlarına hörmət sahəsində atılan addımlar". Bu hesabatı belçikalı deputat Allen Desteks hazırlayıb.
Ancaq sentyabrda "Azərbaycan landromatı" araşdırması açıqlandıqdan sonra Desteks sənəddə öz adının çəkilməsilə əlaqədar istefa verib. Belə ki, araşdırmada AŞPA-da rəsmi Bakının xeyrinə lobbiçilikdən söhbət gedir.-06D-
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz