Naxçıvanda Azərbaycan SQ-nin genişmiqyaslı təlimləri
Bakı/12.11.19/Turan: Azərbaycan SQ-nin keçirdiyi əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazırolma dərəcəsinə gətirilib, bu barədə noyabrın 12-də axşam Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Üç mərhələdə keçirilən təlimdə birinci eşelon bölmələrinin şərti düşmənin qəfil hücumlarının dəf edilməsi üzrə fəaliyyətləri, birlik, birləşmə və hissələrin hərbi idarəetmə orqanlarının ərazidə açılması və idarəetməni öz üzərinə götürməsi, səfərbərlik ehtiyatlarından döyüş hazırlığını təyin edən mütəxəssislərin və texnikaların qismən qəbulunun təşkili, ümumqoşun, tank, desant və diversiya əleyhinə ehtiyatların döyüş atışlı taktiki təlimdə praktiki fəaliyyətləri məşq etdirilir, deyə məlumatda bildirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib.
Təlimin planına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələri, qoşun növləri və qismləri həyəcan siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.
Müşavirə zamanı əsas və ehtiyat idarəetmə məntəqələri, həmçinin qoşun növlərinin komanda məntəqələri ilə birbaşa videobağlantı qurularaq qoşunların cari vəziyyəti ilə bağlı brifinq təqdim olunub, əməliyyat şəraiti, kəşfiyyat fəaliyyəti, aviasiya və raket-artilleriya qoşunlarının döyüş imkanları barədə məruzələr dinlənilib, deyə məlumatda qeyd edilir. -02D-
-
- Foto sessiyalar
- 12 Noyabr 2019 17:26
-
- Cəmiyyət
- 12 Noyabr 2019 18:07
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz