Naxçıvanda Azərbaycan-Türkiyə təlimləri başlayır
Bakı/05.06.19/Turan: Ötən gün Türkiyə Silahlı Qüvvələrinin bölmələri və hərbi texnika Naxçıvan Muxtar Respublikasına gətirilib. Onlar iyunun 7-11-də Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə keçiriləcək "Sarsılmaz qardaşlıq" taktiki təlimlərində iştirak edəcəklər.
Təlimlərdə iştirak edən hərbi qulluqçuların ümumi sayı 5 min nəfərdir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Təlimlərə 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunacaq.
Təlimlərdə məqsəd birgə döyüş əməliyyatlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasıdır.-02D-
-
- Cəmiyyət
- 5 İyun 2019 11:39
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz