Fransa məhkəməsi Arnuvil ilə Qarabağ separatçıları arasında �saziş�i ləğv edib
Bakı/05.06.19/Turan: Azərbaycan XİN Fransanın Serji-Pontuaz İnzibati Məhkəməsinin bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanmış 22 oktyabr 2018-ci il tarixli "saziş"in ləğvinə dair qərarını alqışlayıb.
Məhkəmə qərara alıb ki, Arnuvil başçısı Paskal Doll və Xocavənd rayonu separatçılarının rəhbəri arasında saziş qanunsuzdur, hüquqi qüvvəyə malik deyil və Fransanın beynəlxalq öhdəliklərinə ziddir.
Fransa hökuməti tərəfindən Arnuvil merinə qarşı iddia ölkənin regionları ilə əməkdaşlıq haqqında qanunun maddəsinin pozulması ilə əlaqədar qaldırılıb.
XİN mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır.
"Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır."-06D--
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
Rəy yaz