Liberated the occupied regions of Azerbaijan
Nazirlər Kabineti ziyanın qiymətləndirilməsi ilə bağlı işçi qruplar yaradıb
Bakı/16.11.20/Turan: Ermənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan Prezidentinin 6 noyabr tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb.
Noyabrın 12-də baş nazirin sərəncamı ilə Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.
“İşçi qruplar mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin edərək və dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 10-dək Dövlət Komissiyayasına təqdim edəcək.”
Bununla yanaşı, müvafiq dövlət qurumları infrastruktur obyaektlərinə dəymiş ziyan və tələb olunan maliyyə vəsaiti barədə təkliflərini dekabrın 1-dək Dövlət Komissiyasına təqdim edəcək.
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının formalaşdırılmasını dekabrın 10-dək təmin edəcək.
Nazirlər Kabinetinin məlumatında deyilir ki, 27 sentyabrdan sonra Ermənistanın təcavüzü nəticəsində təqribən 3 700 obyektə müxtəlif dərəcəli ziyan dəyib. Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər.
“Qiymətləndirməni həyata keçirmək məqsədilə yerli özəl qiymətləndirmə şirkətlərinin də prosesə cəlb olunacaq. Eyni zamanda dəymiş ziyanın qiymətləndirilməsi üçün xarici şirkətlərin də cəlb olunması istiqamətində Xarici İşlər Nazirliyi iş aparır,” Nazirlər Kabineti bildirir.
Xarici işlər Nazirliyi Prezidentin Sərəncamından irəli gələn tapşırığa əsasən vurulmuş “ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair məlumatlarla beynəlxalq institutları təmin edəcək və bu istiqamətdə iş aparılır. -03-
Siyasət
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
-
3 fevral, bazar ertəsi günü səhər saatlarında Rusiyanın Astraxan və Volqoqrad bölgələrindəki kritik enerji obyektlərinə görünməmiş pilotsuz uçuş aparatları hücumları olub, yerli rəsmilər bildirib. Astraxanın qubernatoru İqor Babuşkin bölgəsində yanacaq və enerji kompleksinin quraşdırmalarına edilmiş hücum cəhdlərini bildirərək hücumu Ukrayna silahlı qüvvələrinə aid edib. Lakin pilotsuz uçuş aparatlarının sayı və ya onların məhv edilməsi ilə bağlı xüsusi məlumatlar açıqlanmayıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Rəy yaz