Norveç İnsan Hüquqları Evinin rəhbəri Bakını Mehman Hüseynovun hüquqlarını bərpa etməyə çağırır
Bakı/25.01.19/Turan: İnsan Hüquqları Evi Fondunun direktoru Mariya Dale Azərbaycan hakimiyyətini Mehman Hüseynovun təhlükəsizliyini təmin etməyə və ona qarşı repressiya kampaniyasına son qoymağa çağırıb.
"Baxmayaraq ki, Mehman Hüseynov üçün yeni cinayət işi təhlükəsinin olmaması müsbət haldır, amma o, artıq iki ildir siyasi motivli ittihamlarla azadlıqdan məhrum edilib.
Ən gec 2 mart 2019-cu ildə azadlığa çıxdıqdan sonra o, repressiyaların nəticələri ilə yaşayacaq", deyə Dale qeyd edir.
O, hakimiyyəti onun hüquqlarını tamamilə bərpa etməyə və 2012-ci ildən tətbiq edilmiş ölkədən çıxış qadağasını ləğv etməyə, şəxsiyyət vəsiqəsini və 2013-cü ildə müsadirə edilmiş sənədləri qaytarmağa çağırıb.
"Biz Azərbaycandakı digər siyasi məhbusları da unutmamalıyıq.
Onları azad etməyə və jurnalistlərə, hüquq müdafiəçilərinə, vəkillərə, blogerlərə və fəallara qarşı yönəlmiş repressiv sistemə son qoymağa çağırırıq. Azad və ədalətli demokratik cəmiyyətdə siyasi məhbus ola bilməz", deyə Mariya Dale qeyd edir.
* Bloger Mehman Hüseynov 2017-ci ildə iki il müddətinə azadlıqdan məhrum edilib və 2019-cu ilin martında azadlığa çıxmalıdır. Amma 2018-ci ilin dekabrında ona qarşı guya cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək ittihamı ilə yeni cinayət işi açılıb. Yanvarın 22-də yerli və beynəlxalq cəmiyyətin təzyiqi altında cinayət işinə xitam verilib. -0-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
Rəy yaz