AXCP fəalları inzibati həbsə məhkum edilib
Bakı/26.01.19/Turan: Yanvarın 25-də "Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu və AXCP fəallarının cinayət işi üzrə" məhkəmə prosesində iştirak üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına toplaşan 11 fəal saxlanılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) Turana bildiriblər ki, Nəsimi Rayon Məhkəməsi polis tərəfindən saxlanılan AXCP fəalları Orxan Səlimzadə, Ayaz Qasımov və Mehdi Nagıyevin hər birinə 30 sutka inzibati həbs verib. Məhkəmə partiyanın fəalları Kənan Əzizli və Ceyhun Arifi isə 200 manat cərimə edib.
AXCP bildirir ki, partiyanın fəalları Xəyal Əliyev, Fuad Tağızadə, Mahir Rüstəmli isə 50 manat cərimə edilib. Daha 2 fəal isə şifahi xəbərdarlıq edilərək azad buraxılıb.
AXCP-nin məlumatına görə, bu ilin yanvar ayı ərzində partiyanın 27 fəalı 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum eidlib. Onlarla fəal cərimə edilib. Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra yüzlərlə partiya fəalına polis tərəfindən zəng edilərək xəbərdarlıq edilib.
Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.-0-
-
- Cəmiyyət
- 26 Yanvar 2019 00:44
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz