Oğurlanan deputatlığa namizədi azad ediblər (yenilənib)
Bakı/18.02.20/Turan: Saat 15:30-da MSK binası qarşısında polis tərəfindən saxlanılıb aparılan deputatlığa namizəd, hüquqşünas Xalid Bağırov şəhərin o biri ucunda - Bayraq Meydanı yaxınlığında azad edilib və maşından endirilib.
Ona heç bir izahat verilməyib. -02B-
* * *
2020 Fevral 18 (Çərşənbə axşamı) 16:30:10
Deputatlığa namizəd MSK binası qarşısında "oğurlanıb"
Bakı/18.02.20/Turan: Deputatlığa namizəd Xalid Bağırov fevralın 18-də saat 15:30-da MSK binası qarşısında polis işçiləri tərəfindən saxlanılıb, maşına mindirilib vənaməlum istiqamətə aparılıb.
Hadisə çoxsaylı jurnalistlərin gözü önündə baş verib.
Eyni zamanda, polis dəstələri qadın namizədlər Rabiyə Məmmədova və Nurlanə Cəlili MSK binasından uzaqlaşdırıblar. Bir müddət sonra qadınların geri qayıtmasına icazə veriblər.
Namizədlər özləri MSK-nın qarşısına narazılıqlarını bildirmək və MSK-nın saxtakarlıqlar haqqında şikayətlərini niyə bu saxtakarlıqların törədildiyi yerə, yəni Dairə Seçki Komissiyasına göndərdiyi haqqında suallara cavab tələb etmək üçün gəliblər.
Namizədlərin sözlərinə görə, MSK onların etirazlarına məhəl qoymur və Milli Məclisə 9 fevral seçkiləri zamanı baş vermiş pozuntu faktlarını obyektiv şəkildə araşdırmaq niyyətində deyil. -02B-
-
- Cəmiyyət
- 18 Fevral 2020 16:18
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
Rəy yaz