Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək
Azercell Telekom Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edir
“Azercell Telekom” MMC ənənəvi olaraq 23 aprel - Beynəlxalq Kitab Günü ərəfəsində mütaliə mədəniyyətinin təbliği və kinemotoqrafiya sahəsinin inkişafı məqsədilə təşkil edilən Buktreyler Festivalının əsas tərəfdaşıdır. Daima istedadlı və yaradıcı gənclərin dəstəyinə yönələn layihələrin və sosial təşəbbüslərin fəal iştirakçısı olan Azercell, festival çərçivəsində xüsusi olaraq “Ən Yaxşı Mobil Buktreyler” nominasiyasını da elan edir. Belə ki, mobil telefon vasitəsilə yerli müəlliflərin istənilən əsərinə çəkilən buktreylər şirkətin xüsusi münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qalib Azercell-dən 1000 AZN dəyərində pul mükafatı qazanacaq.
Qeyd edək ki, Buktreyler Festivalı artıq 4 ildir ki, film sənayesində yeni simaların aşkar edilməsinə böyük töhfə verir. Festival kinoaktyor, prodüser Ruslan Sabirlinin təsisçiliyi altında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir. “Kitabı tanıdın, kitabla tanının” sloqanı ilə keçirilən bu festival milli mədəni irsimizin qorunması, habelə Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması üçün əvəzolunmaz bir layihədir. Yaşından asılı olmayaraq hər kəs festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçərək, yarışmada iştirak edə bilər. Xatırladaq ki, Beşinci Buktreyler Festivalının 1-ci yer qalibi 1000 AZN, 2-ci yer qalibləri 800 AZN və 3-cü yer qalibləri 500 AZN pul mükafatı ilə təltif olunacaqlar. Xatırladaq ki, festival üzrə müraciətlərin qəbulu fevral ayının 2-dən başlayıb. Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2020-ci ildir.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür:
Instagram: https://www.instagram.com/BooktrailerFest
Facebook: https://www.facebook.com/BooktrailerFest
Youtube: https://www.youtube.com/BooktrailerFest
Əlavə suallarla bağlı festival2020@booktrailer.az email ünvanına müraciət etməyinizi xahiş edirik.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.®
-
- İqtisadiyyat
- 18 Fevral 2020 16:12
-
- Siyasət
- 18 Fevral 2020 16:30
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz