Kamran Əliyev. Açiq məmbələrdən.
Parlament Kamran Əliyevin ölkənin baş prokuroru vəzifəsinə namizədliyinə razılıq verib
Bakı/01.05.20/Turan: Cümə günü Milli Məclisin iclasında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin ölkənin baş prokuroru vəzifəsinə namizədliyinə razılıq verilib. Onun namizədliyini dövlət başçısı İlham Əliyev irəli sürmüşdü.
Kamran Əliyev (1965-ci il təvəllüdlü) 1987-ci ildə İrkutsk Dövlət Universitetinin hüquq fakultəsini bitirib və bir neçə il Zabaykalye (Rusiya) prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib.
90-cı illərin ortalarından Azərbaycanın prokurorluq orqanlarında işləyir, prokurorluğun kadrlar şöbəsində, elm-təhsil mərkəzində, ağır cinayətlərə qarşı mübarizə üzrə istintaq idarəsində vəzifələr tutub. 2007-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbəri təyin edilib. 2014-cü ildən Əliyev eyni zamanda ölkənin baş prokuror müavinidir. -02D-
-
- Cəmiyyət
- 1 May 2020 11:51
Siyasət
-
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının 10 faiz artırılması haqqında fərman imzalayıb.
-
Bazar ertəsi prezident İlham Əliev Sloveniyanın Azərbaycanda yeni səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
-
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
-
AŞPA-nın bu gün Strasburqda açılan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səs hüququnun bərpa olunması məsələsinə baxılmayacaq. Bu, Azərbaycan parlamenti nümayəndə heyətinin səlahiyyətlərinin bərpa olunması üçün AŞPA-ya müraciət etmədikdən sonra məlum olub.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 265
-
- Cəmiyyət,
- 14:38
- 317
-
- Söz istəyirəm,
- 12:21
- 349
Rəy yaz